Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan - Almaniya münasibətləri yüksələn xətlə inkişaf edir

0

  •         Bu gün Azərbaycanın qarşısında həlli vacib olan elə çətin tale yüklü məsələlər vardır ki, onları yerinə yetirmək üçün həddindən artıq formada çalışmaq, səy göstərmək tələb olunur. Əlbəttə, bütün bu işlərin ağırlığı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin üzərinə düşür ki, o da həmin işlərin öhdəsindən layiqincə gəlməyi bacaran dünya liderlərindən biridir. O, ölkəmizin siyasi və iqtisadi nüfuzunun artması üçün var qüvvəsi ilə çalışır və bu yolda böyük uğurlara imza atmaqdadır. Azərbaycan Prezidentinin son bir ildə xarici ölkələrə etdiyi rəsmi səfərlər, beynəlxalq iqtisadi forumlardakı iştirakına nəzər dalsaq bunu aydın şəkildə görə bilərik. Bütün bu qeyd olunanlar ölkəmizin inkişafına çox müsbət təsir edir və onun beynəlxalq səviyyədə mövqeyinin möhkəmlənməsinə töhfələr verir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Cari ilin mart ayının 13 - də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına rəsmi səfər etmişdir. Bu Azərbaycan Prezidentinin son üç həftə ərzində Almaniyaya ikinci rəsmi səfəridir. Ölkə Başçısının üç həftə əvvəl Almaniyada Münxen Təhlükəsizlik Konfransında iştirak etməsi, indi isə yenidən həmin ölkəyə dəvət edilməsi, səfər çərçivəsində onun Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşünün təşkil edilməsi, ölkənin Federal Kansleri Şolts tərəfindən qəbul edilməsi Azərbaycan - Almaniya münasibətlərinin yüksələn xəttlə inkişaf etməsinin göstəricisidir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Qeyd olunduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev səfər zamanı Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşmüşdür. Görüş zamanı moderatoru, Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi salamlamış və ona bu görüşdə iştirak etdiyi üçün təşəkkür etmişdir. O, qeyd etmişdir ki, görüş beş əsas sahə üzrə klaster şəklində təşkil olunmuşdur. Bu sahələr enerji, logistika və infrastruktur, sənaye, kənd təsərrüfatı və maliyyə, texniki qaydalar və assosiasiyaları sahələrini əhatə edir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Prezidenti görüşdəki çıxışı zamanı ölkənin enerj sahələri üzrə Avropa ölkələri ilə çoxdan əməkdaşlıq etdiklərini vurğulamış və bu sahədə Azərbaycan​ etibarlı tərəfdaş kimi özünü təsdiq etmişdir. Ancaq Azərbaycan bu əməkdaşlığı daha da inkişsf etdirmək, daha da şaxələndirmək əzmindədir. Xüsusilə Rusiya - Ukrayna müharibəsi fonunda Avropa ölkələrinin Azərbaycan qazına təlabatının artdığı bir zamanda bu olduqca vacib amillərdən biridir. Məhz buna görə də biz TAP və TANAP qaz kəmərlərinin daşıyıcılıq qabiliyyətinin iki dəfə artırılması üçün səy göstəririk. Biz təkcə enerji sahələri ilə deyil, iqtisadiyyatın digər sahələri üzrə də əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ölkə Başçısı çıxışı zamanı görüş iştirakçılarına​ işğaldan azad edilmiş ərazilərdə aparıla quruculuq barədə də geniş məlumat verdi. O, qeyd etdi ki, indi bizim üçün əsas prioritet məsələ həmin yerlərin daimi sakinlərinin öz yurdlarına qayıdışını təmin etməkdir . Biz artıq tərəfimizdən hazırlanmış "Böyük Qayıdış "proqramının yerinə yetirilməsi ilə məşğuluq. Artıq işğaldan azad edilmiş ərazilərdə infrastrukturun xeyli hissəsi bərpa olunmuş, 400 nəfər öz dədə - baba yurdlarına qayıtmışdır. Ancaq məlumdur ki, həmin ərazilərdən bir milyondan çox Azərbaycan vətəndaşı erməni quldurları tərəfindən qovulmuşdur. Böyük vəsait tələb etsə də biz həmin vətəndaşların qayıdışını təmin etmək əzmindəyik və bunu edəcəyik.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Prezidenti İlham Əliyev vurğulamışdır ki, eyni zamanda biz həmin əraziləri Yaşıl Enerji zonası elan etmişik. Göründüyü kimi ölkəmizin nüfuzu günü - günən artır və yaxın gələcəkdə biz önümüzdə daha möhtəşəm Azərbaycan görəcəyik və belə bir ölkədə yaşamağımızla fəxr edəcəyik.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Ələddin Əhmədov,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib39 dəfə
    Azərbaycan Almaniya münasibətləri yüksələn xətlə inkişaf edir

    Maraqlı gələ bilər
    37
    46